Ümumi məlumat
mesajlar iki və daha çox mesaj kimi göndərilir.
Sizin xidmət provayderiniz sizdən müvafiq
ödəniş tələb edə bilər.
Vurğu və digər işarələri istifadə edən
simvollar və ya bəzi dil seçimləri daha çox yer
tutur və bir mesaj çərçivəsində göndərilən
simvolların sayını məhdudlaşdırır.
Şəkil mesajları müxtəlif cihazlarda fərqli
görünə bilər.
Radioya qulaq asmaq üçün cihaza uyğun
qulaqlıq qoşulmalıdır. Qulaqlıq antena kimi
işləyir.
iv)Bir neçə dildə mesaj göndərmək və qəbul
etmək şəbəkə xidmətidir. Mövcudluq barədə
xidmət təminatçınıza müraciət edin. Yalnız
seçilmiş dili dəstəkləyən cihazlara mesajlar
göndərin.
Şəbəkə xidmətləri və qiymətlər
Cihazınızın EGSM 900 və 1800 MHz
şəbəkələri şəbəkəsində istifadəsi təsdiq
edilmişdir. Cihazdan istifadə üçün xidmət
provayderinə abunə olmalısınız.
Şəbəkə xidmətlərindən istifadə və cihazınıza
məzmun yüklənməsi şəbəkə bağlantısı tələb
edir və məlumat trafiki qiymətlərinə təsir edə
bilər. Məhsulun bəzi funksiyaları şəbəkə
dəstəyi tələb edir və abunə olmağınız lazım
ola bilər.
Cihazınızı qoruyun
Cihazınızla, adapter və aksesuarlarla
ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər
zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
•
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və
bütün növ maye və rütubətin tərkibində
eletron sxemlərin korroziyasına səbəb olan
minerallar ola bilər. Cihazınız yaş olduqda
batareyanı çıxarın və cihazın tam qurumasını
təmin edin.
•
Cihazı tozlu və ya çirkli yerlərdə istifadə
etməyin və ya saxlamayın. Ayrıla bilən
hissələr və elektron komponentlər zədələnə
bilər.
•
Cihazı yüksək temperaturda saxlamayın.
Yüksək temperatur cihazın istehlak müddətini
qısalda, batareyanı zədələyə və plastik
hissələri əyə və ya əridə bilər.
•
Cihazı soyuq temperaturda saxlamayın.
Cihaz isinərək normal temperatura qayıtdıqda
cihazın içində nəmlik yarana bilər və bunun
nəticəsində elektron sxemlər zədələnə bilər.
•
Cihazı yalnız bu istifadəçi təlimatında
göstərilmiş qaydada açın.
•
İcazəsiz modifikasiyalar cihazı zədələyə
bilər və radio cihazlarının istifadəsini
tənzimləyən qaydaların pozulmasına səbəb
ola bilər.
•
Cihazı yerə salmayın, taqqıldatmayın və
ya silkələməyin. Kobud rəftar daxili sxem
platasını və mexanika elementlərini qıra bilər.
•
Cihazın səthini təmizləmək üçün yalnız
yumşaq, təmiz, quru parçadan istifadə edin.
•
Cihazı rəngləməyin. Rəng hərəkət edən
hissələri tıxaya və müvafiq əməliyyatlara
mane ola bilər.
•
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı
söndürün və batareyanı çıxarın.
28
iii)Fənər işığını heç kimin gözünə tuşlamayın.
ii)
•
Cihazınızı maqnit və ya maqnit
sahələrindən uzaq saxlayın.
•
Vacib məlumatlarınızın təhlükəsizliyi
üçün onları ən azı iki ayrı yerdə saxlayın,
məsələn, cihazınızda, yaddaş kartında və ya
kompüterdə və ya vacib məlumatı yazın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları,
batareyaları və qablaşdırma materiallarını
həmişə təyin edilən toplama nöqtəsinə
qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz
atılmasının qarşısını almağa və materialların
təkrar emal etməsinə kömək edirsiniz.
Məhsulun ətraf mühitə təsiri haqqında və öz
Nokia məhsulunuzu necə dövr etdirəcəyiniz
barədə məlumatı www.nokia.com/werecycle
saytından əldə edə bilərsiniz.
X işarəli çarxlı qutu işarəsi
Məhsulunuzun, batareyanın üzərindəki X
işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün elektrik
və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə
ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında tətbiq olunur. Bu məhsulları
çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Cihazınızın ətraf
mühit xüsusiyyətləri ilə bağlı daha ətraflı
məlumat üçün www.nokia.com/
ecodeclaration ünvanına baxın.
Batareyalar və adapterlər
Batareya və adapter barədə məlumat
Cihazınız BL-5CB təkrar doldurulan batareya
ilə istifadə olunması nəzərdə tutulub. Nokia
bu cihaza uyğun əlavə batareya modelləri
düzəldə bilər. Həmişə orijinal Nokia
batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə
tutulmuşdur: AC-3 . Adapter modelinin dəqiq
nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin
olunan ştepselin növündən asılı olaraq
müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla
bilər lakin vaxt keçdikcə batareya köhnəlir.
Danışmaq və gözləmə rejimlərinin vaxtı
normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı
söndürün və enerjı qurğusundan ayırın.
Adapteri və ya aksessuarı ayırarkən, şnurdan
deyil, ştepseldən tutub çəkin.
Adapteriniz istifadə edilmədikdə, onu elektrik
rozetkasından və cihazdan ayırın.
Batareyanın normadan artıq doldurulması
onun istehlak müddətini qısaltdığından, tam
doldurulmuş batareyanı adapterə qoşulu
saxlamayın. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə
itirir.
Həmişə batareyanı 15°C və 25°C (59°F və
77°F) dərəcə arasında saxlayın. Kəskin
temperaturlar batareyanın fəaliyyətini və
29
ömrünü azaldır. Batareyası isti və ya soyuq
olan cihaz qaydasında işləməyə bilər.
Təsadüfi qısa qapanma dəmir metal əşyalar
birbaşa batareyanın metal zolaqlarına
toxunduqda, məsələn, tək batareyanı
cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa
qapanma batareyaya və ya əlaqədə olan
əşyaya zərər verə bilər.
Partlamağa səbəb ola biləcəyi üçün
batareyaları oda atmayın. Batareyaları yerli
qaydalara müvafiq olaraq məhv edin.
Mümkün olduqda batareyanı təkrar emal
etdirin. Ev tullantısı kimi atmayın.
Batareyaları sökməyin, kəsməyin, açmayın,
vurmayın, əyməyin və ya deşməyin. Batareya
sızması olarsa, batareya mayesinin dəriyə və
ya gözlərə təmas etməsindən çəkinin. Əgər
bu baş verərsə, zərər görmüş nahiyələri
dərhal su ilə yuyun və ya tibbi yardım üçün
müraciət edin.
Batareyaya kənar əşyaları daxil etməyin,
batareyanı təmir etməyin, suya və ya digər
mayelərə salmayın. Batareyalar zədələnərsə,
partlayışa səbəb ola bilər.
Batareyanı və adapteri yalnız müvafiq
məqsəd üçün istifadə edin. Yalnış istifadə və
ya təsdiq edilməyən batareya və ya uyğun
olmayan adapterin istifadəsi yanğın, partlayış
və ya digər təhlükələr yarada bilər və hər
hansı təsdiqi və ya zəmanəti etibarsız edə
bilər. Əgər cihaz və ya batareyanın
zədələndiyindən əmin olsanız, istifadə
etməzdən əvvəl onu xidmət mərkəzinə
apararaq yoxladın. Heç vaxt zədələnmiş
batareya və ya adapterdən istifadə etməyin.
Adapderi yalnız qapalı məkanda istifadə edin.
Əlavə təhlükəsizlik məlumatı
Təcili yardım zənginin edilməsi
1. Cihazın işlək vəziyyətdə olmasını təmin
edin.
2. Müvafiq siqnal intensivliyini yoxlayın. Siz
həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
•
SIM kart daxil edin.
•
Cihazınız üçün aktivləşdirdiyiniz
zənglərin qadağan edilməsi, müəyyən
nömrələrin yığılması və ya bağlı istifadəçi
qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
•
Oflayn və ya uçuş profilinin aktiv
olmadığından əmin olun.
3. Əsas ekranı görünənə kimi davamlı
olaraq bitirmə düyməsini basın.
4. Olduğunuz yerin rəsmi təcili yardım
nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
5. Zəng düyməsini basın.
6. Tələb olunan məlumatı mümkün qədər
dəqiq verin. İcazə verilənədək zəngi
bitirməyin.
Mühüm: Cihazınız internet
zənglərini dəstəkləyirsə, həm mobil zəngləri,
həm də internet zənglərini aktivləşdirin. Cihaz
həm mobil şəbəkə, həm də internet zəng
xidməti provayderiniz ilə təcili zəng etməyə
çalışa bilər. Hər şəraitdə bağlantıya təminat
verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli
əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza
etibar etməyin.
30
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq
deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər.
Onları kiçik uşaqların əli çatmadığı yerdə
saxlayın.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio
ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq
mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb
cihazlarının xarici radio tezlik enerjisindən
müvafiq şəkildə mühafizə edildiyini
müəyyənləşdirmək üçün həkimlə və ya tibb
cihazının istehsalçısı ilə məsləhətləşin.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür
ki, tibbi cihazla ehtimal müdaxiləni aradan
qaldırmaq üçün nəbzölçən və ya implantasiya
edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz
cihaz arasında minimum 15.3 sm (6 düym)
məsafə olmalıdır. Belə cihazları olan şəxslər
bunları etməlidirlər:
•
Həmişə simsiz cihazları tibbi cihazdan
15.3 santimetrdən (6 düym) çox məsafədə
saxlayın.
•
Cihaz döş cibində daşımamalıdır.
•
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə
qulağa taxın.
•
Müdaxilə olduğuna dair hər hansı şübhə
yaranarsa, simsiz cihazı söndürün.
•
İmplantasiya edilmiş tibbi cihazlar üçün
istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi
cihazla necə istifadə etməyə dair suallarınız
varsa, həkiminizə müraciət edin.
Eşitmə
Xəbərdarlıq: Qulaqlıqların istifadə
edilməsi sizin xarici səsləri eşitmək
imkanınıza təsir edə bilər. Sizin
təhlükəsizliyiniz üçün təhlükəli olan yerlərdə
qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının
fəaliyyətinə təsir edə bilər.
Nikel
Bu cihazın səthi nikelsizdir.
Cihazınızı zərərli tərkibdən qoruyun.
Cihazınız viruslara və digər zərərli tərkblərə
məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini
həyata keçirin:
•
Mesajları açarkən ehtiyatlı olun. Onlar
zərərli proqramlar ehtiva edə bilər və ya
cihazınız və ya kompüteriniz üçün zərərli ola
bilər.
•
Bağlantı sorğularını qəbul edərkən,
interneti gözdən keçirərkən və ya tərkib
yükləyərkən ehtiyatlı olun.
•
Yalnız etibar etdiyiniz və müvafiq
təhlükəsizlik və təminat təklif edən
mənbələrin xidmətlərini istifadə edin və
proqramlarını quraşdırın.
•
Cihazınıza və qoşulan hər hansı digər
kompüterə antivirus və digər təhlükəsizlik
proqramını yükləyin. Eyni zamanda yalnız bir
antivirus proqramı istifadə edin. Daha
çoxundan istifadə cihazın və ya kompüterin
fəaliyyətinə və əməliyyatına təsir edə bilər.
•
Cihazınızda üçüncü tərəf internet
saytlarına əvvəlcədən qurulan əlfəcinlərə və
bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini
31
həyata keçirin. Nokia belə saytlar üçün heç bir
məsuliyyət daşımır.
İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı
təlimatlara qulaqda normal istifadə vəziyyəti
zamanı və ya ən azı 1,5 santimetrdən (5/8
düym) bədəndən uzaq olduqda cavab verir.
Üstünüzdə gəzdirmək üçün daşıma qabı,
kəmər qısqacı və ya tutqacda metal tərkibli
olmamalı və bədəninizdən yuxarıda
göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi
keyfiyyətli şəbəkə bağlantısı tələb edir.
Məlumat faylları və mesajları belə bağlantı
yaranana qədər ləngiyə bilər. Ötürülmə
tamamlanana qədər ayrılma məsafəsinə dair
təlimatlara riayət edin.
Avtomobillər
Radio siqnalları elektron yanacaq injektor
sistemləri, elektron antikilidləmə əyləc
sistemləri, elektron sürət tənzimləyici
sistemlər və hava yastığı sistemləri kimi
avtomobillərdə düzgün quraşdırılmayan və ya
lazımi qaydada qurulmayan elektron
sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat
üçün avtomobilinizin və ya onun
avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə
quraşdırmalıdır. Yalnış quraşdırılma və ya
xidmət təhlükəli ola bilər və sizin zəmanətinizi
etibarsız edə bilər. Mütəmadi olaraq
avtomobilinizə quraşdırılan cihazın düzgün
quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz,
onun hissələri və ya aksessuarları ilə eyni
bölmədə alışan mayelər, qazlar və ya
partlayıcı maddələri saxlamayın və ya
daşımayın. Unutmayın ki, hava yastıqları
böyük qüvvə ilə açılır. Cihazınızı və ya
aksessuarları hava yasrığının açıldığı
hissələrə yerləşdirməyin.
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə,
məsələn, xidmət stansiyalarında qaz
nasoslarının yanında telefonu söndürün. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya
ölümlə nəticələnən partlamaya yaxud
yanğına səbəb ola bilər . Yanacaq
stansiyalarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya
partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial
partlayış atmosferi olan ərazilər həmişə
olmasa da çox vaxt aşkar qeyd edilirlər.
Buraya nəqliyyat vasitənizin matorunu
söndürülməsi məsləhət görülən ərazilər,
qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi
maddələrin ötürüldüyü və ya saxlandığı
binalar daxildir, belə yerlərdə havada kimyəvi
maddələr və atom, toz, və ya metal tozları kimi
hissəciklər olur. Maye qazla işləyən avtomobil
istehsalçılarına bu cihazın həmin
avtomobillərin yaxınlığında istifadə eilib
edilməyəcəyini soruşmalısınız.
Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma
təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və
edicisidir. Bu cihaz beynəlxalq qaydalar
tərəfindən tövsiyyə edilmiş radio tezliyinə
32
məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Bu
təlimatlar İCNİRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və
sağlamlıq nəzərə alınmadan, hər bir kəsin
müdafiəsini təmin etmək üçün hazırlanan
təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq
Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi
tanınan ölçü vahidi istifadə edilir. ICNIRP
təşkilatının təlimatında göstərilmiş SAR həddi
2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma
ortalamaqla. SAR üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında
cihaz ən yüksək təsdiq edilmiş güc
səviyyəsində məlumatı ötürərkən standart iş
vəziyyətində keçirilir. İstifadə edilən qurğunun
SAR səviyyəsi maksimal dərəcədən aşağı ola
bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə
yaratmaq üçün enerji verməsi tələb olunur. Bu
rəqəm bir sıra faktorun təsiri ilə dəyişir;
məsələn sizin şəbəkə baza stansiyasına nə
qədər yaxın məsafədə olmağınızdan asılıdır.
Bu cihazın qulaqda istifadəsi zamanı İCNİRP
təlimatlarına əsasən ən yüksək SAR dərəcəsi
1.15 W/kg təşkil edir.
Cihaz aksessuarlarının istifadəsi SAR
dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq
tələblərindən və şəbəkə diapazonundan asılı
olaraq SAR dərəcələri fərqlənə bilər. SAR
barədə əlavə məlumat mal haqqında
məlumat bölməsində www.nokia.com
saytında verilə bilər.
UYĞUNLUQ BƏYANNAMƏSİ
0434
Nokia Aİ Xəbərdarlıq Orqanları arasında
keçid edir və bu məhsulun Xəbərdarlıq
Orqanları tərəfindən Aİ qaydalarına müvafiq
olduğu təsdiq edilmişdir. Bu istifadəçi
təlimatlarında göstərilən CE nişanları bu
keçid müddətində məhsulun üzərində görünə
bilər.
Bununla, NOKİA CORPORATION bildirir ki,
bu RM-647 məhsulu 1999/5/EC Direktivinin
əsas tələblərinə və müvafiq göstərişlərinə
cavab verir. Uyğunluq Bəyannaməsinin
surətini http://www.nokia.com/global/
declaration ünvanından əldə edə bilərsiniz.
© 2011-2012 Nokia. Bütün hüquqlar qorunur
Nokia, Nokia Connecting People, və Navi
Nokia Corporation-ın əmtəə nişanları və ya
qeydiyyata alınmış əmtəə nişanlarıdır. Nokia
tune Nokia Corporation-nın səs nişanıdır. Bu
sənəddə qeyd edilən digər məhsulların və ya
şirkətlərin adları onların müvafiq sahiblərinin
əmtəə adları və ya əmtəə nişanları ola bilər.
Bu sənəddə göstərilən məlumatın Nokia
şirkətinin əvvəlcədən alınmış yazılı razılığı
olmadan hər hansı şəkildə müəyyən bir
qisminin və ya tam surətinin çıxarılması,
köçürülməsi, yayılması və ya saxlanılması
33
qadağan edilir. Nokia daimi inkişaf siyasətini
tətbiq edir. Nokia bu sənəddə göstərilən
istənilən məhsula əvvəlcədən xəbərdarlıq
etmədən dəyişiklik etmək və ya
təkmilləşdirmək hüququna malikdir.
Müvafiq qanunvericilikdə icazə verilən
maksimum dərəcədə Nokia, ya da ona
lisenziya verən hər-hansı məlumatın və ya
gəlirin itməsi və ya hər-hansı xüsusi, təsadüfi,
əhəmiyyətli, və ya dolayı yolla vurulan
ziyanlara görə heç bir məsuliyyət daşımır.
Bu sənədin mətni "olduğu kimi" təqdim edilir.
Müvafiq qanunvericiliyin tələbləri istisna
olmaqla, bu sənədin dəqiqliyi, etibarlılığı və ya
mətninə dair heç bir birbaşa və ya dolayı
zəmanət, o cümlədən (lakin bununla
məhdudlaşdırılmadan) əmtəə vəziyyəti və
xüsusi məqsədlər üçün yararlığına dair dolayı
zəmanət verilmir. Nokia istənilən vaxt
əvvəlcədən xəbərdarlıq etmədən bu sənədi
dəyişdirmək və ya istifadədən çıxartmaq
hüququna malikdir.
Bəzi məhsulların, funksiyaların, proqramların
və xidmətlərin işləməsi regionlara görə dəyişə
bilər. Ətraflı məlumat almaq üçün Nokia dileri
və ya xidmət provayderiniz ilə əlaqə saxlayın.
Bu cihazda ABŞ və digər ölkələrin ixracat
qanun və qaydalarına tabe olan əşya, hər-
hansı bir texnologiya, və ya proqram ola bilər.
Qanunvericiliyə zidd olan yayınmalar
qadağan edilir.
34
Məsələ 3.2 AZ